Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ONNmedia xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğulayıb. Dövlət başçısı parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.
Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinın salamlarını dövlət başçısına çatdırıb. Qonaq Azərbaycana gəldiyi ilk gündən Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat doğurduğunu deyib. Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım gününün qeyd olunacağını vurğulayan Leonid Kalaşnikov bildirib ki, bu böyük şəxsiyyətin xatirəsi Rusiyada bu günə kimi dərin hörmətlə yad edilir.
Dövlət başçısı İlham Əliyev Vyaçeslav Volodinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Dövlət Dumasının sədrinə çatdırmağı xahiş edib.



İlham Əliyev Leonid Kalaşnikovla görüşdü
İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi heyəti qəbul etdi
İlham Əliyev Rusiyanın Elmlər Akademiyasının prezidentini qəbul etdi
Prezident Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul etdi
İlham Əliyev Babuşkini qəbul etdi (YENİLƏNDİ)
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi
İlham Əliyev Qazaxıstanın Parlament Məclisinin sədrini qəbul edib- YENİLƏNİB
Putin Azərbaycana bu tarixdə səfər edəcək
lham Əliyev Bob Bləkməni qəbul etdi
Prezident Rüstəm İmaməlini qəbul etdi
İlham Əliyev Şentopla görüşdü
İlham Əliyev rusiyalı nazirlə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 