Ermənistanda kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı.
ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: “Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən , BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham eləmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış, oğru rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir”.
İlham Əliyev əlavə edib ki, bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi əslində Ermənistanın dövlətçiliyinin iflasıdır:
“Çünki əgər müstəqilliyinin 26 ilinin 20 ili bu hakimiyyətin altında keçmişdirsə, onda bu dövlətin hansı müsbət cəhətləri var? Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları oğrulardır. Onların generalları oğrulardır. Onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir”.



İlham Əliyev: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir"
İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb
Prezident İlham Əliyev iclas keçirir - CANLI YAYIM
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
Təxribat niyə məhz iyulun 12-də törədildi? - Prezident açıqladı
XİN: Ermənistan rəhbərliyi yalançı və təxribatçıdır
Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya təsdiqləyir- İlham Əliyev
Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə... - Prezident
Ermənistanda "vor"ların nümayəndəsi mer seçildi
"Qanuni oğru"nu döyə-döyə öldürdülər
SON DƏQİQƏ: Azərbaycanlı kriminal avtoritet Rusiyada QƏTLƏ YETİRİLDİ
"Lotu Quli"nin imzası erməniyə görə saxtalaşdırıldı - QALMAQAL
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 