İyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub.
ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Dövlətimizin başçısı burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşdü.
Azərbaycan Prezidenti tədbirdə çıxış edərək deyib ki, “Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır”.
Dövlət başçısı qeyd edib ki, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər:
“2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb”.
Prezident bəyan edib ki, Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək.
İyulun 12-də Prezident İlham Əliyevin Brüsselə səfəri başa çatıb.



NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər
Brüsseldə NATO-nun sammiti başlayıb
Ərdoğan Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ
Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayı artırılacaq- MÜDAFİƏ NAZİRLİYİ
NATO daha qətiyyətli addım atmalı idi - Ərdoğan
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşdü
İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak etdi
Prezident Azərbaycandan neft idxal edən NATO ölkələrinin SAYINI AÇIQLADI
NATO Türkiyə ilə güclüdür- Ərdoğan
Müdafiə naziri NATO-nun toplantısında iştirak etdi
"Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanması NATO üçün əhəmiyyətlidir"
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 