ONN media xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sentyabr ayının 3-də Qırğızıstanda keçiriləcək 6-cı Zirvə görüşünə hazırlıqlarla tanış olmaq məqsədi ilə Qazaxıstanın Xarici işlər naziri Kayrat Abdıraxmanov Beynəlxalq Türk Akademiyasını (TWESCO) ziyarət edib.
Nazir Beynəlxalq Türk Akademiyasının Türk Şurasına üzv dövlətlərin arasında əməkdaşlığa əhəmiyyətli töhfə verdiyini bildirib.
O, TWESCO-nun qısa müddət ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında elm, mədəniyyət, tarix və humanitar sahələrdə əməkdaşlığın inkişafıdna mühüm işlər gördüyünü, Zirvə görüşündən sonra bu fəaliyyətin daha da güclənəcəyinə inandığını qeyd edib.
K.Abdıraxmanov, 2009-cu ildə Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Azərbaycanda, Naxçıvanda qurulan Beynəlxalq Türk Akademiyasının bir il sonra Astanada fəaliyyətə başladığını və ötən 8 ildə qarşıya qoyulan hədəflərə çatdığını, türk dünyasının intellektual mərkəzinə çevrildiyini vurğulayıb:
"Azərbaycanın Beynəlxalq Türk Akademiyasına verdiyi töhfələri yüksək qiymətləndiririk".
Nazir Qazaxıstan Prezidentininin təşkilatın işindən razı olduğunu və onun fəaliyyətini diqqətlə izlədiyini qeyd edib.
Xarici işlər naziri TWESCO tərəfindən irəli sürülən Türk inteqrasiyası konsepsiya layihəsinin Qırğızıstanda keçiriləcək 6-ci Türk Şurası Dövlət Başçıları Sammitinin mühüm sənədlərindən biri olacağını bildirib.
TWESCO prezidenti Darxan Kıdırəli Akademiyanın reallaşdırdığı və hazırda davam edən layihələr haqqında məlumat verib.
O, türk xalqlarının irsinin tədqiqinə yönəldilmiş elmi-tədqiqat işlərinin genişləndirildiyini, müxtəlif yerlərdə arxeoloji tədqiqatların aparıldığını, "Türkbarometr", "Atalar Mirası" "Ortaq Türk Tarixi" dərsliyi üzərində işlərin başa çatdığını və hazırda "Ortaq Türk Ədəbiyyatı", "Ortaq Türk Coğrafiyası" dərsliklərinin layihələri üzərində çalışdıqlarını bildirib.
Eyni zamanda, beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə TWESCO-nun 4 əməkdaşına Qazaxıstan Xarici İşlər Nazirliyinin Fəxri fərmanı təqdim olunub.



Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Nazarbayev Mövlud Çavuşoğlu ilə görüşdü
Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
Astanada Ümumdünya Türkoloji Konqresi keçiriləcək - FOTO
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
Darxan Kıdırəli Azərbaycan xalqını təbrik etdi
İlham Əliyev Bağdad Amreyevlə görüşdü
"Türk Dünyası 2040 Vizyonu" təsdiqləndi
Çavuşoğlu Azərbaycana gəlir
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 