Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı Qazaxıstan Respublikasının xarici işlər naziri Beybut Atamkulovla görüşü keçirilib.
ONN media xəbər verir ki, görüşdə TWESCO-nun 2018-ci ildə gördüyü işlər barədə hesabat müzakirə olunub.
Akademiyanın gələcək işləri və nazirlikl bağlı əməkdaşlığı müzakirə edilib.
Eyni zamanda görüş çərçivəsində 2019-cu ildə Astanada keçiriləcək Ümumdünya Türkoloqlarının konqresinə hazırlıq msələləri müzakirə edilib.
İkitərəfli görüşdə qeyd olunub ki, Ümumdünya Türkoloqlarının Konqresi türk dünyasında çox böyük hadisə kimi dünya türkçülüyünə böyük töhvə və stimul verəcək.
B.Atamkulov qeyd edib ki, türk əməkdaşlığı bu gün özünün yeni inkişaf mərhələsindədir.
“Qazaxıstan dövlətinin başçısı Nursultan Nazarbayev türkologiya elmlərinin inkişafı üçün , türkçülüyün flaqmanı olan və bu prinsiplərin müddəalarını özündə əks etdirən “Böyük Çölün 7 özəlliyi” adlı proqram məqaləsində türk xalqlarının yaxınlaşmasına böyük əhəmiyyət verib.
Türk xalqlarının yaxınlaşması, qardaşlaşması üçün bütün əsas prinsipləri göstərib. Həmin proqramı yerinə yetirmək üçün nazirlik konqresin keçirilməsinə diqqətini və qayğısını əsirgəməyəcək”.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı xarici işlər nazirinə Akademiyanın fəaliyyətində verdiyi dəstəyə görə minnətdarlıq edib.
O, 2019-cu ilin ortalarında UNESKO-nun Baş Qərargahında “Böyük çöl: mədəni irs və dünya tarixində rolu” adlı beynəlxalq forumun keçiriləcəyi barədə də məlumat verib.
Qeyd edək ki, Türk Akademiyası 2012-ci ildə Nursultan Nazarbayevin təşəbbüsü ilə yaranıb.
Onu da xatırladaq ki, dünyada ilk Türk Qurultayı 1926-cı ildə Bakı şəhərində keçirilib. Rəsmi Astana bu gün həmin ənənəni davam etdirir.




Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Qazaxıstanın XİN rəhbər: “Nazarbayev Azərbaycanla münasibətlərdən çox razıdır”
Qazaxıstanda partiyanın siyasi bürosunda dəyişiklik edilir?
Nazarbayev Mövlud Çavuşoğlu ilə görüşdü
Darhan Qydyráli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
Cümhuriyyətimiz Qazax dilində çap olunacaq
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
Çavuşoğlu Azərbaycana gəlir
Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 