Iranda səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 17-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
ONNmedia xəbər verir ki, görüşdə Vasif Talıbov İran İslam Respublikasının Azərbaycan Respublikası ilə, xüsusilə də, Naxçıvan MR ilə əlaqələrin inkişafından məmnunluğunu dilə gətirib və İranla enerji, turizm və yükdaşımaları sahəsində əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran və Azərbaycan xalqları hər iki ölkəni öz evləri hesab edir və qarşılıqlı səfərlər zamanı heç zaman qəriblik hissi keçirmirlər: “İran islam Respublikası Azərbaycanla bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməyi alqışlayır və bunun üçün tam hazır olduğunu bildirir. Xüsusi ilə dəmir yolu sahəsində, yol tikintisi, kənd təsərrüfatı, müştərək istehsalat sahələrində, gömrük və elektirik enerjisi eləcədə digər sahələrdə əməkdaşlığımızı daha da gücləndirməliyik”.
Rabil



Məhəmməd Cavad Zərif: “Naxçıvan inkişaf etmiş gözəl şəhərdir”
Vasif Talıbov Zakari Qrosla görüşdü
Ceyhun Bayramov Məhəmməd Cavad Zəriflə görüşdü
Vasif Talıbov onları təltif etdi
Prezident Vasif Talıbovla görüşdü
Vasif Talıbov onları təltif etdi — SƏRƏNCAM
Vasif Talıbova AĞIR İTKİ
Vasif Talıbov generalı işdən çıxardı
Vasif Talıbov İnstitut direktorunu təltif etdi
Cavad Zərifin Azərbaycana səfəri başladı
Vasif Talıbov ölkədən qaçdı?- ŞOK İDDİA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 