Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək.
ONN media Trend-ə istinadən xəbər verir ki, bunu "Moskva-Bakı" portalına 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin yekununu şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentindən bildiriblər.
Nazirlikdən deyiblər ki, başa çatmaqda olan ildə Rusiya daxil olmaqla vasitəçilərin səyləri münaqişə tərəfləri arasında hərbi risklərin azaldılmasına və birbaşa dialoqun bərpa olunmasına yönəlib:
"Bu işin gözəçarpan nəticəsi oktyabrda Ermənistan-Azərbaycan sammitinin keçirilməsi oldu. Burada qoşunların təmas xəttində gərginliyin azaldılmasına kömək edəcək danışıqların prosesinin intensivləşdirilməsi və əlavə tədbirlərin görülməsi razılaşdırıldı. Biz prezidentlərin sammitdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə silsilə görüşlərdə fəal iştirak etməklə bağlı qərarını alqışlayırıq və tərəfləri vasitəçilərin təklifləri əsasında kompromislərin səmərəli axtarışına çağırırıq. Gələcəkdə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə həlli uzanan bu münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik köməyi göstərəcəyik".



Lavrovdan QARABAĞ AÇIQLAMASI: "İlk cəhdən olmasa da..."
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
M.Zaxarova: "Rusiya Qarabağ münaqişəsinin tezliklə həllini istəyir"
Lavrov Polad Bülbüloğlu ilə erməni səfiri yeməkdə bir araya gətirdi
Rəsmi Moskvadan Dağlıq Qarabağ AÇIQLAMASI
Politoloq Qarabağ münaqişəsinin yaradılma səbəbini açıqladı
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Valentina Matviyenko Qarabağ məsələsindən DANIŞDI
Rusiya XİN: Qarabağ münaqişəsi ilə bağlı görüş planlaşdırılır
Rusiyadan dünyaya QARABAĞ ÇAĞIRIŞI
Putin: "Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsini..."
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 