Bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var.
ONN media oxu.az -a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham ƏliyevNazirlər Kabinetinin bugünkü iclasında vergilər sistemində aparılan struktur islahatlarından danışarkən bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır.
“Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər”, - deyə İ. Əliyev qeyd edib.
Prezident bildirib ki, bu istiqamətdə heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. “Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”, - deyə Azərbaycan dövlətinin başçısı vurğulayıb.



Bəzi kadrlar etimadımı doğrultmayıb
Prezidentdən SƏRT TƏLƏB: İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
Prezidentdən sahibkarlara SƏRT XƏBƏRDARLIQ: Kimsə vəzifədə olan dostlara arxalanırsa…
Külli miqdarda aksiz markasız siqaret aşkar olunub
Vergilər Nazirliyindən ciddi xəbərdarlıq
Vergilər Nazirliyi sahibkarları məlumatlandırır
"Milyonlar gizlədilib"- Vergilər Nazirliyi qanun pozuntusunu aşkarladı (Müsahibə)
Kölgə iqtisadiyyatının mənfi təsirləri
Azərbaycanda vergi qanunvericiliyində dəyişiklik
Mikayıl Cabbarov vergi qanunvericiliyində ediləcək dəyişiklikləri açıqladı
Prezidentdən sahibkarlara çağırış
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 