Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbrli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi. ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb, ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu artıq öz gündəliyindən çıxarıb: “Ancaq elə sahibkarlar var ki, hələ də hesab edirlər ki, bunlar köhnə qayda ilə işləyəcəklər. Onlara mən birmənalı demək istəyirəm ki, bu keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, yaxud da qohumlara, vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır. Özləri də cəzalandırılacaqlar, onlara himəyadarlıq edən də cəzalandırılacaq”. Prezident vurğulayıb ki, heç kimə güzəşt yoxdur: “Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırıqlarımı eşidir və görür ki, istisnasız olaraq bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə, hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını davam etdirəcək”. (report)
Prezidentdən sahibkarlara SƏRT XƏBƏRDARLIQ: Kimsə vəzifədə olan dostlara arxalanırsa…



Ölkə başçısından sərt xəbərdarlıq: O dövr artıq keçibdir
İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi
İlham Əliyev- Villaları, evləri olan sahibkarlar...
Avqustda da 190 manat ödəniləcək - Prezident GÖSTƏRİŞ VERDİ
Prezidentdən sahibkarlara çağırış
İlham Əliyev: Bəzi rayonlarda sahibkarlar incidilir, onlardan rüşvət, pay tələb olunur
İlham Əliyevdən Paşinyanın hədələrinə cavab
AQTA sahibkarları cərimələməyə başlayıb
İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Heç kimə heç bir imtiyaz verilməyəcək - Prezidentdən XƏBƏRDARLIQ
Ölkə başçısı məhdudiyyətlərin yumşaldılmasından danışdı
Prezidentdən icra başçılarına SƏRT XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 