Ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.
Dövlət başçısının sözlərinə görə, dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır.
“Misal üçün, bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir. Bu zavodun açılışında İtaliya Prezidenti mənimlə birlikdə iştirak etmişdir. İlin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək.
Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur.
Əlbəttə, bizim qeyri-neft sənayemizin inkişafı üçün bu zavodların böyük əhəmiyyəti olacaq. Ölkəmizə böyük həcmdə valyuta gələcək. İlin sonuna qədər azot gübrəsi zavodu istifadəyə verilməlidir. Orada da sərmayələr yüz milyonlarla dollar həcmindədir”, - deyə, dövlət başçısı bildirib.
İlham Əliyev həmçinin qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək.
“Biz bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Yəni, həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu il bir çox sənaye müəssisələri açılmışdır və bu proses davam etdiriləcək”, - deyə, İ. Əliyev bildirib.



"Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir"- İlham Əliyev
SOCAR-ın yeni zavodu ixracı nə qədər artıracaq?
Prezident: "Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulub"
Azərbaycan və İtaliya prezidentləri polipropilen zavodunun açılışında iştirak ediblər
SOCAR İran neftindən imtina edir – Rəsmi
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Azərbaycanda yeni zavod tikiləcək
"Minlərlə yeni iş yeri açılacaq" - Rövnəq Abdullayev
Azərbaycan 6 ölkəyə polietilen ixrac edir
İlham Əliyev: Bəzi rayonlarda sahibkarlar incidilir, onlardan rüşvət, pay tələb olunur
İlham Əliyev: "Bizə çox yaxşı tərəfdaşlar lazımdır"
İlham Əliyev: “31 xalça fabrikinin yaradılması nəzərdə tutulur”
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 