Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.
ONN media xəbər verir ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.
Hələ SSRİ nin tərkibində olarkan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinə yenicə sədr seçilmiş Azərbaycan xalqının xilaskarı Heydər Əliyev üç rəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunmasını səsə qoydu və deputatlar yekdilliklə bu tarixi akta səs verdilər. Bununlada tarixi ədalətsizlik bərpa edildi. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Bayraq günün mübarək - AZƏRBAYCAN!



Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Bu gün Azərbaycanda Bayraq Günü qeyd olunur
9 noyabr Azərbaycanda bayraq günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik edib
Azərbaycan bayrağı Dövlət Bayrağı Meydanında yenidən ucaldılıb
MEK Dövlət Bayrağı gününə həsr olunmuş sərgi təşkil edib
Azərbaycanda Bayraq Günü qeyd olunur
Eşq olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan!
Bayrağımız - milli qürur mənbəyimiz
Türkiyəli nazirdən Azərbaycana BAYRAM TƏBRİKİ
Vasif Talıbovla bağlı daha bir SENSASİON XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 