ONN media xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyi münasibətilə sərgi açılıb.
Sərgidə kitabxananın fondlarında qorunan “Bayrağımız sarsılmaz” (Ü.Hacıbəyli), “Milli birlik” (M.Ə.Rəsulzadə), “Dövlət bayrağına münasibət qaydası” (Ə.Əhmədov), “Milli-mənəvi dəyərimiz” (A.Həsənov), “Fəthin yolu”, “Азербайджанская Республика 100”, “Azərbaycan bayraqları”, “Azərbaycan Respublikasının dövlət rəmzləri” (İ.Əliyev, E.Məhərrəmov) və digər kitablar nümayiş olunur. Sərgidəki kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda əks olunaraq MRY bazasında yerləşdirilib. Sərgi noyabr ayının 16-dək davam edəcək.
Qeyd edək ki, MEK Azərbaycan üçün önəmli günləri, tarixi şəxsiyyətləri, onların yubileylərini diqqətdə saxlayır, bu yöndə müntəzəm olaraq sərgilər, tədbirlər təşkil edir.
2018-ci ildə MEK Azərbaycan Milli Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin, Mart faciəsinin 100 illiyi, Ümummilli lider Heydər Əliyevin və oftalmoloq alim Zərifə Əliyevanın 95 illiyi, eləcə də Mikayıl Müşfiqin 110 illiyi ilə bağlı və s. mövzularda sərgilər təşkil edib.
Dövlət Bayrağı Azərbaycan Respublikasının rəmzlərindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin ilin iyun ayının 21-də hökumət bayraq haqqında qərar qəbul etdi. O zaman bayraq qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş olaraq təsdiq edildi. 9 noyabr 1918-ci ildə isə üçrəngli bayraq haqqında qərar qəbul edildi və Nazirlər Şurası bayrağımızı üçrəngli (mavi, qırmızı, yaşıl) formatda təsdiqlədi. Müasir dövrdə 5 fevral 1991-ci ildə üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunmağa başladı



MEK Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edib
Kitab sevərlərin DİQQƏTİNƏ
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib
İlham Əliyev beynəlxalq sərgidə
AMEA Naxçıvan Bölməsinin kolleksiyası MEK-də mühafizə olunur
Prezident Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq
Mətbuat Şurası və Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
MEK “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib
İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 