Noyabrın 14-də Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib.
ONN media Azxeber.com-a istinadla xəbər verir ki, iclasda general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
M.Quliyev tədbirdə "Beynəlxalq terrorçu təşkilatlardakı bəzi tendensiyalara və Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi cəhdlərinə dair” mövzusunda çıxış edərək bildirib ki, dünyanın bir sıra regionlarında, xüsusilə Yaxın Şərqdə hərbi-siyasi vəziyyət gərgin qalmaqda davam edir: "Azərbaycanda dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri özünü daha qabarıq şəkildə bu ilin iyul ayında göstərib. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə ictimai-siyasi sabitliyin pozulmasına cəhd olunub. Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ağır cinayətlər törədən 60-dan artıq şəxs həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər məhv edilib”.
DTX rəisi qlobal təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və kollektiv tədbirlərin görülməsinin zəruri olduğunu bildirib. Bu baxımdan türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin aktual və vacib olduğunu qeyd edib.
General-polkovnik Mədət Quliyevin iclas çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub



Mədət Quliyev nazir kimi yeni iş yerində
Mədət Quliyev oğlunun klip təqdimatında - VİDEO
Mədət Quliyevdən YENİ TƏYİNAT
Əli Nağıyevlə Orxan Sultanov Moskvada iclasa qatılıb
Mədət Quliyev yenidən nazir təyin edildi – Prezidentin QƏRARI
Mədət Quliyev generala yüksək vəzifə verdi
Mədət Quliyevin oğlu müsahibə verdi: "Məmur övladı özünü..." - VİDEO
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
Prezident xüsusi xidmət orqanı rəhbərləri ilə görüşdü- YENİLƏNİB
İlham Əliyev Mədət Quliyevlə bağlı sərəncam imzaladı
Gəncə hadisələri ilə bağlı 9 nəfər həbs olunub - RƏSMİ
Mədət Quliyev ata olub
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 