13 oktyabrda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin növbəti iclası keçirilib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov müvafiq nümayəndə heyətləri ilə tədbirdə iştirak ediblər.
ONN media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, iclasda MDB regionunda mövcud olan təhlükəsizlik mühitinə mümkün təhdidlər, xüsusən Əfqanıstan ətrafında yaranmış vəziyyət, onun beynəlxalq terrorçuluqla mübarizəyə təsiri, habelə MDB ölkələrində ictimai-siyasi sabitliyin pozulmasına yönələn və bəzən üçüncü ölkələrin ərazisindən həyata keçirilən pozuculuq fəaliyyətinin qarşısının alınması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular istiqamətində uğurlu nəticələrin əldə olunmasının iştirakçı dövlətlərin birgə səyləri nəticəsində mümkün olduğu xüsusi qeyd edilib. Bildirilib ki, destruktiv qüvvələrə qarşı səmərəli və effektiv mübarizə aparılması, MDB məkanında təhlükəsizliyin qorunub saxlanması, ölkələrin milli maraq və mənafelərinin etibarlı təmin olunması üçün xüsusi xidmət orqanları arasında əməkdaşlıq münasibətləri daha da genişlənməli, mütəmadi analiz və monitorinqlər keçirilməklə faydalı məlumat mübadiləsi işi daim təkmilləşdirilməlidir.
Qeyd olunub ki, bu gün dünyanın bir çox yerlərində silahlı münaqişə ocaqlarının olması, nəzarətsiz ərazilərin mövcudluğu, narkotik qaçaqmalçılığı və terrorçu-ekstremist qruplaşmaların öz fəaliyyətlərini aktiv şəkildə davam etdirməsi əmin-amanlığa ciddi təhdidlər yaratmaqla yanaşı, təhlükəsizlik və kəşfiyyat strukturlarını da yeni çağırışlarla üzbəüz qoyub. Bu səbəbdən də müvafiq orqanlar arasında əlaqələndirilib və sistemli işin daha yüksək səviyyədə təşkil olunmasının, zərurət olduğu təqdirdə pozucu ünsürlərə qarşı birgə əməliyyatların keçirilməsinin vacibliyi vurğulanıb.
Nümayəndə heyətlərinin rəhbərlərini Rusiya Prezidenti Vladimir Putin də videoformatda qəbul edib, müzakirəyə çıxarılan məsələlərlə bağlı öz tövsiyələrini verərək, MDB-yə üzv ölkələrin təhlükəsizliyi əleyhinə olan təhdidlərə qarşı MDB kəşfiyyat xidmətlərinin potensialından istifadə olunmasının önəmini vurğulamış və tədbir iştirakçılarına gələcək işlərində uğurlar arzu edib.



Azərbaycan və Ermənistanın DTX rəhbərləri arasında KRİTİK GÖRÜŞ
Qaribaşvili Əli Nağıyevlə görüşdü
DTX rəisindən Azərbaycanda sabitliyi pozmağa çalışanlara xəbərdarlıq
Azərbaycan rəsmiləri şəhidimizin dəfnində iştirak edib
Mədət Quliyevin sosial şəbəkələrdə hesabı var? — DTX-dən açıqlama
Azərbaycan və Ermənistanın DTX və DSX rəhbərlərinin görüşü keçirildi
Orxan Sultanova general-polkovnik rütbəsi verildi - SƏRƏNCAM
MDB-nin Qərargah Rəisləri Bakıya gəlib
Çingiz Abdullayevi bu şəxs əvəz etdi
Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə GÖRÜŞÜB
Zakir Həsənov türkiyəli generalla görüşdü
Azərbaycanla Rusiya arasında ikitərəfli siyasi məsləhətləşmələr olub
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi
Bakıya intensiv yağış yağacaq - Xəbərdarlıq
İlham Əliyev onları təltif etdi
Prezident sərəncam imzaladı
İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər
Şənbə günü Bakıda 30-31°dərəcə isti olacaq
Prezident onlara müraciət ünvanladı
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama
Azərbaycanda 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək 