Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.
"Bu barədə artıq XİN qəti və konkret açıqlama verib. Azərbaycan Fransanın - BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədr qismində çıxış edən bir ölkənin işgalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir. Və fikirləşirik ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsizliyini ciddi şübhə altına alır. Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub", - Leyla Abdullayeva deyib.



Azərbaycan Fransaya nota verəcək – XİN
Bakı bu ölkəyə nota verir - XİN
Azərbaycandan Fransaya NOTA
Azərbaycan Fransaya NOTA VERDİ
Azərbaycan Fransaya nota verdi – Səfir XİN-ə çağırıldı
Azərbaycan XİN: "Qətnamə Fransanın bitərəfliliyini ciddi şübhə altına alır"
Azərbaycan Uruqvaya nota verdi
Azərbaycan Bolqarıstana nota verdi
Azərbaycan Misirə NOTA VERDİ
Azərbaycandan Avstraliyaya etiraz NOTASI
Azərbaycan ABŞ-a NOTA VERDİ
Pakistan Fransaya etiraz notası verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 