Prezident İlham Əliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.
ONN media Publika -ya istinadən xəbər verir ki, dövlət başçısı bu gün bununla bağlı sərəncam imzalayıb.
R.Məmmədov 12 ildən artıq idi ki, Xətai rayonuna başçılıq edirdi.
Belə ki, Razim İsa oğlu Məmmədov 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.
1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.
Prezident İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. Üç övladı var.



İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? – DOSYE
Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?
Bakı Şəhərinin yeni icra başçısı kimdir? - DOSYE
Prezident bu şəxsi işdən çıxartdı
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
İşdən çıxarılan icra başçıları – Siyahı
Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye
Prezidentin yeni təyin etdiyi başçı kimdir?- Dosye
Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye
Naftalanın icra başçısı vəfat edib
Prezidentin Oğuza icra başçısı təyin etdiyi Cavid Əbdul-Qədirov kimdir? - DOSYE
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 