Prezident İlham Əliyev “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərman imzalayıb.
ONN media xəbər verir ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
Fərmanda qeyd olunur ki, Cəmiyyət “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. Onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinə keçir.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.
Nazirlər Kabineti Azərbaycan prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarını müəyyənləşdirməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti bu fərmandan irəli gələn məsələləri həll edəcəklər.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və normativ xarakterli aktları bu fərmana uyğunlaşdırılmalıdır.



Prezident bu fərmanına dəyişiklik etdi
"Aqrar Tədarük və Təchizat" ASC -nin İdarə Heyətinin sədr vəzifəsinin icrası Aqil Quliyevə tapşırıldı
Xüsusi karantin dövründə fasiləsiz hansı müəssisələr işləyəcək?
Yeni il yarmarkalarını hansı şirkət təşkil edəcək?
Bu məhsulların satın alınması ilə bağlı - Qərar
“Naxçıvan Aqrolizinq”in adı dəyişdirildi
“Aqrolizinq”in adı dəyişdirilir - FƏRMAN
Azərbaycanda yeni qurum yaradıldı – FƏRMAN
Nazirliyə məxsus şirkət adını və formasını dəyişir
Nazirlər Kabineti fermerlərlə bağlı qərar verdi
Prezident onu vəzifədən AZAD ETDİ
Prezident Əhməd Əhmədzadəni İŞDƏN ÇIXARDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 