Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ASAN Radionun “QəbuldASAN” verilişində sınaq imtahanlarının qiymətinin baha olması ilə bağlı iddialara münasibət bildirib. ONN media Report -a istinadən bildirir ki, o, bu fikirlərlə razı olmadığını deyib. “İnsanlar hesab edirlər ki, bu qiymətlər yalnız imtahanda təqdim olunan kitabçanın kağızının qiymətidir. Amma elə deyil. İmtahan çox mürəkkəb elmi-metodiki prosesdir. İmtahan məzmununun hazırlanması, keçirilməsi, loqistik, təhlükəsizlik və s. məsələlərin hamısı vəsait tələb edir. Təəssüf ki, müəyyən insanlar bu prosesə çox sadə baxırlar”, - M.Abbaszadə vurğulayıb. O əlavə edib ki, bəzi hazırlıq kursları DİM-in təşkil etdiyi sınaq imtahanlarına öz müəllimlərini, dinləyicilərini göndərirlər: “Onlar da imtahandan kitabçanı götürürlər və sonra həmin material əsasında intellektual məhsulumuzu istifadə edirlər. Nəticədə bəzi kurslar elmi işə heç bir vəsait sərf etmirlər”. Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanının qiyməti 20 manatdır.
Sınaq imtahanlarının qiyməti niyə bahadır? – AÇIQLAMA



Qəbul imtahanlarının keçirilmə vaxtı açıqlandı - RƏSMİ
Sınaq imtahanları ilə bağlı daha bir açıqlama
Məleykə Abbaszadə imtahanların vaxtının elan ediləcəyi tarixi açıqladı
Qəbul imtahanları iki mərhələdə keçiriləcək
Bizi məhkəməyə verməklə hədələdilər – Məleykə Abbaszadə
Məleykə Abbaszadə: "İmtahanların vaxtı..."
Məleykə Abbaszadə valideynləri günahlandırdı
Məleykə Abbaszadə valideynlərə müraciət etdi
III qrup üzrə əlavə 1300 yer ayrılacaq - Məleykə Abbaszadə
Qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?
Buraxılış imtahanları ilə bağlı BU DƏYİŞİKLİKLƏR olacaq - RƏSMİ
Kim harada imtahan verəcək? - Sədr açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 