Bu ilin sonunadək Azərbaycanda Slovakiya Respublikasının səfirliyi açılacaq.
ONN media bu barədə Report-a istinadən xəbər verir.
Hələlik bu ölkə Azərbaycanla əlaqələrini Rusiyadakı səfirlik vasitəsilə həyata keçirir.
Daha əvvəl Slovakiya hökumətinin Azərbaycanda səfirlik açmağı nəzərdə tutduğunu bildirilmişdi.