Mayın 7-də Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur “Modern Talking” qrupunun solisti olmuş Tomas Andersin konserti keçiriləcək. ONN media xəbər verir ki, bununla bağlı Heydər Əliyev Mərkəzindən məlumat verilib. “Musiqi centlmeni - Tomas Anders” (Thomas Anders - The Gentlemen of Music) adlı konsert proqramında müğənni tamaşaçılara ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək. Tomas Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində “Modern Talking” qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir. “You're My Heart, You're My Soul” (Sən mənim qəlbimsən, sən mənim ruhumsan) sinqlı 81 ölkədə birinci olub. “Modern Talking” qrupu fəaliyyətini dayandırdıqdan sonra Tomas Anders solo karyerasını davam etdirib. “Modern Talking” və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb. Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 40, 50, 60, 80, 100, 120, 150 və 200 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Dünya pop musiqisinin əfsanəsi Azərbaycana gəlir



Məşhur amerikalı müğənni vəfat etdi
Dünyaca məşhur "Daft Punk" qrupu dağıldı
DÇ:2022- Final oyununun hakimləri bəlli oldu
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
Xalq artisti bu tarixdə PULSUZ konsert verəcək
Zamiq Naxçıvanda konsert verdi
Bakı Modern Məktəbi bağlanır?
Prezident musiqi ictimaiyyətini təbrik etdi
Tomas Qolts vəfat etdi
“Arsenal”ın keçmiş futbolçusu saxlanıldı
Bakıdakı dünya çempionatı təxirə salındı
Vaxtanq Kikabidze “Veselo”-da
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 