Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı "Ölülər" tamaşası ilə Azərbaycanı Mahaçqalada keçiriləcək beynəlxalq teatr festivalında təmsil edəcək.
ONN media bildirir ki, festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Bu, Dağıstanda ilk dəfə keçirilən Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalıdır.
Festivalda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan 18 teatr iştirak edəcək.
Beynəlxalq mədəniyyət tədbirində "Ən yaxşı tamaşa", "Ən yaxşı mono tamaşa", "Ən yaxşı rejissor işi", "Ən yaxşı qadın rolu", "Ən yaxşı kişi rolu" və s. nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.
Festivalın ilk tamaşası Tatarıstandan olan Tukay adına Atnin Dövlət Dram Teatrının "İtirilən gün", son nümayişi isə aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "Ölülər" əsəri olacaq.
Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir. Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin "Ölülər" əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
"Ölülər"in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətovdur.
Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əjdər Həmidov, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Əli Nur, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə canlandırırlar.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.



Bu şəxslərə ŞAD XƏBƏR - 1,8 milyon manat ayrıldı
Milli Dram Teatrının noyabr repertuarı açıqlandı
Milli Dram Teatrı mövsümü bu tamaşası ilə yekunlaşdıracaq
Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
Bakıda Müstəqil Teatrlar Festivalına start verildi
İlham Əliyev sərəncam imzaladı
Akademik Milli Dram Teatrının oktyabr repertuarı açıqlandı
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
Rus Dram Teatrının əməkdaşları təltif edildi - SİYAHI
Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür
Xalq artisti vəfat etdi
Azərpaşa Nemətovu o əvəz etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 