“2020-ci il üçün Akademik Milli Dram Teatrının qastrol və festivallarla bağlı planları böyükdür. Bizə bir neçə ölkədən dəvət var”
ONN media bildirir ki, bunu Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib. Onun sözlərinə görə, artıq qastrol səfərləri ilə bağlı ilkin danışıqlar aparılıb:
“Bu günlərdə Gürcüstanın Milli Teatr Günü ilə əlaqədar qonşu ölkədə bir neçə görüş keçirdim. Gürcü teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına böyük marağı var. Kutaisi, Tbilisi və digər şəhərlərdə olan teatrlar bizi qastrola dəvət edirlər. Gürcüstanın dünyada tanınmış teatr rejissoru Robert Sturua ilə çox gözəl münasibətimiz var. Bu münasibətin və dostluğun tarixi 40 ilə yaxındır. Məhz onun və digər dostlarımızın dəvəti ilə qonşu ölkənin teatrsevərləri üçün tamaşalar oynayacağıq”.
Xalq artisti Azər Paşa Nemətov əlavə edib ki, rəhbərlik etdiyi kollektiv 2020-ci ildə Daşkənddə və Türkiyədə olan festivallarda da iştirak edəcək:
“Hər iki ölkə ilə danışıqlar aparılır. Yaxın vaxtlarda konkret addımlar atılacaq. 2019-cu ilin oktyabr ayında Akademik Milli Dram Teatrına dövlət statusunun verilməsinin 100 illiyi cənab prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncam əsasında təntənə ilə qeyd olundu. Ölkəmizin başçısının digər Sərəncamı ilə teatrımızın aktyorları fəxrli adlarla təltif olundu. Bu, cənab prezidentimiz tərəfindən bizə olan böyük etimadın bariz nümunəsidir və bir daha ölkə başçımıza təşəkkürümü bildirirəm. Məhz 100 illik yubileylə əlaqədar istər beynəlxalq, istərsə də yerli qastrollarla bağlı planlarımız böyükdür. Eyni zamanda ötən il olduğu kimi bu il də yeni premyeralarla tamaşaçılarımızı sevindərəcəyik. İstər dünya, istərsə də Azərbaycan dramaturgiyasından olan əsərlər əsasında hazırlanan tamaşalar teatrımızın səhnəsində oynanılacaq”.(trend)



Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
Azərpaşa Nemətovu o əvəz etdi
“Ölülər” beynəlxalq festivalda çıxış edəcək
Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin premyerası keçiriləcək
9 fevral Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
Azərbaycan kinosuna BÖYÜK İTKİ: Xalq artisti VƏFAT ETDİ
" Qəribə, çox qəribə əhvalat" əsəri səhnələşdiriləcək
Bu şəxslərə ŞAD XƏBƏR - 1,8 milyon manat ayrıldı
8 dekabr Elxan Ağahüseynoğlunun doğum günüdür
9 fevral Ələsgər Məmmədoğlunun doğulduğu gündür
Xalq artistinin dəfninə kimlər gəlmədi?
Milli Dram Teatrı mövsümü bu tamaşası ilə yekunlaşdıracaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 