Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçiriləcək. ONN media xəbər verir ki, Azərbaycan, türk, ingilis və rus dillərində olacaq konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” adlı 3 bölmə üzrə aparılacaq. Konfransın açılış nitqini ADU-nun rektoru akademik Kamal Abdulla edəcək. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik”, Nim (Fransa) Universitetinin professoru Silvi Joseğam “Ədəbiyyat siyasi təhdiddirmi?”, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir “Hüseyin Cavidin dram yaradıcılığında Abdülhak Hamidin təsiri”, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, Belqrad (Serbiya) Universitetinin dosenti Branko Vraneş “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında çıxış edəcəklər. Konfransda İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani, Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran, Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun iştirakı gözlənilir.
Əcnəbi rəsmilər Hüseyn Cavidə görə toplaşacaq



Millət vəkili Fazil Mustafa professor Əjdər İsmayılovla bağlı paylaşım edib- Sayğılarla anırıq
Hüseyn Cavid
Hüseyn Cavid 135
Hüseyn Cavidin yaradıcılığından yazılan məqalələr kitab halında
BDU-nun professoru vəfat edib
Heydər Əliyev Cavidi qaytarmaqla... – Sona Vəliyeva
Sürücülərin NƏZƏRİNƏ
Bayram Tahirbəyov VƏFAT ETDİ
5 dekabr Hüseyn Cavidin vəfat etdiyi gündür
Hüseyn Cavidin şeirlər kitabı Qazax dilinə tərcümə olunub
Bakıda yəhudilərlə bağlı konfrans keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 