ONN media bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri Rabil Kətanovun məlumatına əsasən İranda fəaliyyət göstərən ingilis dilli “Al-Monitor” saytında bu ölkə ilə Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edən “İran Azərbaycanı seçir” sərlövhəli məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, prezidentlər İlham Əliyev və Həsən Ruhani siyasi iradə nümayiş etdirərək iki ölkə arasında əlaqələrin inkişafına nail olublar. Vurğulanır ki, İran Cənubi Qafqaz respublikaları ilə balanslaşdırılmış siyasət yürütməyə çalışır. Rəsmi Tehran Ermənistan və Gürcüstan ilə də əlaqələrin inkişafını diqqətdə saxlayır. Lakin Həsən Ruhani prezident seçildikdən sonra Azərbaycan İranın xarici siyasətində prioritet istiqamət kimi müəyyənləşib. Prezidentlər münasibətlərin daha da yüksək səviyyəyə çatdırılmasına çalışırlar. Son 4 ildə İran ilə Azərbaycanın dövlət başçıları 10 dəfə görüşüblər ki, bu da çox mühüm göstəricidir. İndiyədək İran ilə Azərbaycan arasında 103 müqavilə imzalanıb. Bu sənədlər üzrə bir çox işlərin həyata keçirilməsinə başlanıb. Müəllif qeyd edir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 9 ayında Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin həcmi 70 faiz artıb. Bu rəqəmin qısa müddətə sürətlə artması əlaqələrin intensiv şəkildə inkişaf etdiyini göstərir. Məqalədə, həmçinin nəzərə çatdırılır ki, iki ölkə arasındakı əlaqələr yalnız iqtisadi sahədə əməkdaşlıqla bitmir. Artıq İran ilə Azərbaycanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün işçi qrupu yaradılıb. Müəllif yazısını bu fikirlə yekunlaşdırır: “Əlaqələrin inkişafı dövlətlərin qarşılıqlı etimadı da artırır”.
“Al-Monitor” saytı: İran Azərbaycanı seçir



Elmar Məmmədyarov Həsən Ruhani ilə görüşdü
Əliyev, Putin və Ruhani nə vaxt görüşəcək?
İran prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb
İranda koronavirus bütün ölkəyə yayıldı- Ruhani
Prezident iranlı həmkarına zəng etdi
Nyu-Yorkda Həsən Ruhaniyə İNANILMAZ QADAĞA
Soçidə Azərbaycan və İran prezidentləri arasında görüş olacaq
Ruhani AÇIQLADI: Hazırıq
Həsən Ruhani Rusiyaya səfər edəcək
İran Suriyaya dəstək verdi- "HƏMİŞƏ YANINIZDAYIQ"
ABŞ özünü uşaq kimi aparır- Ruhani
Ruhani Ukrayna təyyarəsinin vurulmasından danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 