Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən (hər iki ildən bir) yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını keçirir. ONN media -ya Mədəniyyət Nazirliyindən verilən məlumata görə, növbəti dəfə “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanıb və cari ilin 29 mart tarixində qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib. Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, fil.e.d., professor Nizaməddin Şəmsizadə, fil.e.d., professor Telman Cəfərov, fil. e. d. Vaqif Yusifli, fil. ü. f. d., “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, fil.ü.f.d. Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra Komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb. 2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib: Nəsr nominasiyası üzrə Şərif Ağayar. “Arzulardan sonrakı şəhər” kitabı Mübariz Örən. “Balıq gülüşü” kitabı Poeziya nominasiyası üzrə Salam Sarvan. “Heykəl tənhalığı” kitabı Vaqif Bəhmənli. “Qansız savaş” kitabı İbrahim İlyaslı. “Şair olmaq zülümdü” kitabı Ədəbi tənqid və publisistika nominasiyası üzrə Yaqub Babayev. “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı Abid Tahirli. “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı Orijinaldan bədii tərcümə nominasiyası üzrə Vilayət Hacıyev. Haynrix Böllün “Kişisiz ev” romanı Seyfəddin Hüseynli. Culian Barnsın “Aqibət duyğusu” romanı Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə Reyhan Yusifqızı. “Dostum Mimi” kitabı Solmaz Amanova. “İlmənin macəraları” kitabı Rafiq Yusifoğlu. “Nağıl qapısı” kitabı “Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü Şahanə Müşfiq. “Şahanənin nağılı” kitabı Sadıq Qarayev. “Sahibsiz kölgələr” kitabı Mükafatın təqdimatı 17 may 2019-cu il tarixində, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.
“Qızıl Kəlmə” Ədəbi Mükafatının qaliblərinin təltifolunma mərasimi keçiriləcək



12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
İlham Əliyev nekroloq imzaladı
Yunus Oğuzun "Cığır" romanı işıq üzü görüb
Xalq yazıçısı Özbəkistanın "Dostluq" ordeni ilə təltif edildi
Səməd Mənsurun 140 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi
Xalq şairi Fikrət Qoca VƏFAT ETDİ
1 aprel İsa Muğannanın vəfat etdiyi gündür
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu - FOTOLAR
16 avqust - Bəxtiyar Vahabzadənin doğulduğu gündür
Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 