2019-cu il may ayının 16-da Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 ili tamam olur. ONN media xəbər verir ki, bununla bağlı 16 may tarixində 19:00 da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Pantomima Dövlət Teatrının yaranmasının 25 illiyi qeyd olunacaq. Tamaşadan əvvəl Teatrın foyesində onun 25 illik fəaliyyətinə həsr olunmuş sərgi keçiriləcək. 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanı-zadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradıldı. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verildi. 25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişmişdir. Respublikanın Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və b. bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindəndir. Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında çıxış etmişdir. Gürcüstanda (1998, 1999, 2000, 2009, 2016), Rusiyada (1999, 2002, 2007, 2014), Fransada (1999, 2008), Türkiyədə (1999, 2001, 2002, 2006), Bolqarıstanda (2000), İranda (2000, 2002), Almaniyada (2001, 2008), Hollandiyada (2002), Avstriyada (2003, 2007), Ukraynada (2003), Tatarıstanda (2005), Misirdə (2005, 2008), Finlandiyada (2007), Ərəbistanda (2007) Azərbaycan teatrını və mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir. Hazırda teatrda 1 nəfər Prezident mükafatçısıdır, 5 nəfər Respublikanın fəxri adlarını daşıyır.
Pantomima Teatrı 25 yaşını qeyd edir



Pantomima teatrının mart repertuarı
Pantomima Teatrının may repertuarı
Prezident Gənc Tamaşaçılar Teatrı ilə bağlı sərəncam imzaladı
Pantomima teatrının oktyabr repertuarı açıqlanıb
Pantomima teatrı mövsümü açıq elan edib
Pantomima teatrının iyun repertuarı açıqlanıb
İlham Əliyev sərəncam imzaladı
Gənc Tamaşaçılar teatrının mart repertuarı
Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açdı
Bu şəxslərə ŞAD XƏBƏR - 1,8 milyon manat ayrıldı
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
Xalq artisti Vaqif Əsədov vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 