Mayın 24-də Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçiriləcək. Tədbirdə Vaqif Səmədoğlunun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışılacaq, onun kitablarından ibarət sərgi nümayiş olunacaq. Gecədə Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanmış eyniadlı ikihissəli tragikomik tamaşa oynanılacaq. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edəcək. Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da olub.
Vaqif Səmədoğlunun xatirəsi anılacaq



Şəki Dövlət Dram Teatrı mövsümü bu tamaşa ilə açdı
“Ölülər” beynəlxalq festivalda çıxış edəcək
Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin premyerası keçiriləcək
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
“Aşıq Qərib” baleti təqdim ediləcək
Milli Dram Teatrı yeni tamaşasını növbəti dəfə təqdim edəcək
Xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi qeyd olundu
Yeni layihə: “Gəlin teatra gedək”
Xalq artisti Vaqif Əsədov vəfat etdi
Azərbaycanın əməkdar artisti vəfat etdi
İlham Əliyevdən bu şəxslərlə bağlı VACİB SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 