Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşımalarının gecikməsi Gürcüstan tərəfindəki texniki problemlərlə əlaqədardır. ONN media bildirir ki, bu sözləri Azərtac-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, Azərbaycan tərəfi BTQ dəmir yolu xətti ilə sərnişin daşımalara başlamaq üçün tam hazırdır. Lakin Gürcüstan tərəfində mövcud olan bəzi texniki problemlər bu daşımalara başlamağa imkan vermir: “Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlər yoxdur. Bu da sərnişin daşımaları üçün problem yaradır”. QSC sədri deyib: “Bizim qatarlarımız və vaqonlarımız hazırdır və biz sərnişin daşımalarına başlaya bilərik. Lakin bu yolda hərəkət etmək üçün Gürcüstan tərəfinin dağ yerlərində əks əyləcləmə sistemi olan elektrovozları yoxdur. Bu, yeni vaqonlara uyğunlaşdırılıb quraşdırılmalıdır. Lakin onlarda bu qurğular yoxdur”. C.Qurbanov əlavə edib ki, əgər məsələ yaxın vaxtlarda həllini tapmasa “Azərbaycan Dəmir Yolları” QSC Gürcüstan tərəfinə öz lokomotivlərini təklif edəcək: “Bu məsələ həll edildikdən sonra biz sərnişin qatarlarını xəttə buraxa bilərik. Əgər bir-iki aya vəziyyət düzəlməsə və məsələ həll olunmasa Azərbaycan öz elektrovozlarını və ya dizel lokomotivlərini təklif edəcək”, - deyə C.Qurbanov vurğulayıb. O, həmçinin qeyd edib ki, BTQ-yə əlavə yüklərin cəlb edilməsi məqsədilə Çin və Rusiya ilə danışıqlar aparılır.
Azərbaycan BTQ ilə sərnişin daşınmasına tam hazırdır



Bakı-Tbilisi-Qars ilə bu tarixdən sərnişin daşınacaq
Sərnişin daşımaları niyə gecikir? - Səbəb AÇIQLANDI
Bakı və Tbilisi arasında qatar reyslərinin bərpası müzakirə olunur
Cavid Qurbanov: "Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq"
İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub
Dəmir yolunda niyə gecikmələr olub?
Azərbaycan Dəmir Yolları gücləndirilmiş rejimə keçəcək
Qurbanov: "Ölkəyə əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır"
Sabunçu-Bakı qatarı 50 qəpiyə olacaq
Kvirikaşvili: “BTQ regional inkişafı gücləndirəcək”
Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları dayandırılır
“Azərbaycan Dəmir Yolları” gucləndirilmiş iş rejiminə keçir
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 