Ötən gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradovanın sosial şəbəkədə vətəndaşın ID kartını paylaşaraq lağa qoyması geniş müzakirələrə səbəb olub. ONN media xəbər verir ki, transseksual şəxsin məlumatlarını açıq formada paylaşan əməkdaş onun yaxın zamanda hava yollarının xidmətindən istifadə etdiyini bildirib. Məsələylə bağlı ictimai fəallar “AZAL”a müraciət ünvanlayıb. Şirkətdən müraciətə cavab olaraq bildirilib ki, hadisə araşdırılıb və nəticədə şirkətin 3 əməkdaşı işdən azad edilib: “26 may 2019-cu il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurmuş və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb. Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub. Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk". Qeyd edək ki, sözügedən şəxslər fotoda vətəndaşın şəxsi məlumatlarını açıq paylaşıblar.qafqazinfo
AZAL bu fotoya görə 3 əməkdaşını işdən çıxardı



AZAL-dan Rusiyaya uçan təyyarə ilə bağlı açıqlama
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
AZAL sərnişinlərə müraciət etdi - Vaxt və pul itirə bilərsiniz
Bakı-Dubay təyyarəsi geri qayıtdı
AZAL-da yüksək vəzifəyə yeni təyinat olub
Naxçıvana uçan təyyarə tufana görə geri qayıtdı
Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR
AZAL bu istiqamətdə bütün gedişləri ləğv etdi
AZAL-ın rəhbərliyə kimə tapşırıldı?- DOSYE
AZAL-dan bilet alınmasındakı problemlə bağlı AÇIQLAMA
Uçuşlar müvəqqəti olaraq dayandırılır-AZƏRBAYCANDA
AZAL bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 