Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilib. ONN media xəbər verir ki, bu haqda qərar akademiyanın Elmi Şurasının iclasında qəbul edilib. İclasda bildirilib ki, Yunus Oğuz Özbəkistanda elə ilk kitabı -“Əmir Teymur” romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil. Sonra Daşkənddə “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz” romanları çap olunub və populyarlıq qazanıb. Müəllifin “Ovçu” romanı isə bu günlərdə işıq üzü görəcək. Bildirilib ki, bu romanların işıq üzü görməsində və yayılmasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin də rolu böyükdür. Deyilib ki, indiyədək yazıçının dünyanın 22 ölkəsində 45-dən çox kitabı çap olunub. Yunus Oğuz “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah”, “Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları ilə tanınır. Onu da deyək ki, AMM ilə Daşkənddəki “Turan” Akademiyası ilə əməkdaşlıq çərçivəsində yeni layihələrə start verilib. AMM-nin layihəsi ilə Azərbaycan ədəbiyyatını tədqiq edən bir sıra tanınmış özbək şair və yazıçıları AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəxri diplomlarına layiq görülüb, o cümlədən Özbəkistanda da Azərbaycan ədəbiyyatını təbliğ edən yazıçı və araşdırmaçılara Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri diplomları təqdim edilib.
Yunus Oğuz Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilib



Yazıçı Yunus Oğuzun “Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib
Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb
Daşkəndə Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimatı olub
"Cığır" romanı özbək türkcəsində çap edilib - ÖZƏL
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Yunus Oğuzun əsərləri rus və ingilis dillərində elektron satışda
Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib
Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı
Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur
Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı olub
Yunus Oğuz Cümhuriyyət medalı ilə təltif olunub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 