ONN İnformasiya Agentliyi

Azərbaycanda bu nazirliyə əlavə səlahiyyətlər verildi

Azərbaycanda bu nazirliyə əlavə səlahiyyətlər verildi
03 İyul 2020 - 19:33

İqtisadiyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verilib.

ONN media  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirliyin vəzifələri artırılıb. Belə ki, bundan sonra Nazirlik strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png