“Sədərək” Ticarət Mərkəzində çalışan taksilərin bazara girişi bu gündən etibarən 3 manata qaldırılıb.
Bu barədə “Sədərək” TM-də taksi xidməti göstərənlər məlumat veriblər. Taksi sürücülərinin sözlərinə görə, artıq bazara giriş edən bütün taksilərdən 3 manat yığmağa başlanıb. Tələb edilən pulu ödəməyənlərin isə bazara girişinə icazə verilmir.
Sürücülər bildirib ki, onlardan pulu tələb edənlər ticarət mərkəzinin mühafizəçiləridir:
“Yanlarında mülki geyimdə bir şəxs də var. Göstərişi o verir. Mühafizəçilər isə pulu tələb edir. Səhər açılandan 3 nəfər şəxs sürücülərdən pul yığır”.
Taksi sürücülərinin sözlərinə görə, qiymət artımına etiraz edən bütün sürücülər ticarət mərkəzinin qarşısına yığılıb. Pulu ödəməkdən imtina edən sürücülərə hədə-qorxu gəlir, bəzilərinin avtomobilindən “taksi” işarəsini zorla alırlar.
Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində çalışan taksi sürücülərinin girişi 3 manata qaldırılması xəbərini ilk olaraq Axar.az saytı yayıb. Məlumat yayıldıqdan sonra TM-dən məlumatın yalan olduğu bildirilmişdi.



"Sədərək” rəhbərliyi icarədarlardan pul tələb edir? - AÇIQLAMA
“Sədərək”də NƏ BAŞ VERİR?
İrandan Sədərək Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı
Rusiyada taksi sürücülərinin dörddə üçü sentyabrın 1-dən işini itirəcək
“Sədərək” bağlandı? - Açıqlama
“Sədərək” bağlandı, sahibkarlar yer pulundan azad olundu
Taksilərlə bağlı YENİLİK - Vahid nəzarət sistemi yaradıla bilər
“Sədərək” ticarət mərkəzində partlayıcı vasitələr aşkar edilib
Sədərəkdə nə baş verir?- DAYANDIRILDI
Sədərək Ticarət Mərkəzində yanğın olub
Taksilər niyə bahalaşıb?
Sədərək TM bağlanır?- Rəsmi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 