“2003-cü ilə nisbətən Azərbaycanda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq cari ilin əvvəlinə 2 348 400 nəfərə çatıb”.
ONN media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, Azərbaycanda qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakı təmin olunub, o cümlədən əmək və məşğulluq sahəsində qadınlara qarşı hər hansı ayrı-seçkiliyin mövcud olmadığı dövlətlərdən birinə çevrilib.
Nazir qeyd edib ki, qadın hüquqları ilə bağlı mühüm beynəlxalq sənədləri ratifikasiya edən ölkə milli qanunvericiliyini gender bərabərliyi ilə bağlı mütərəqqi yanaşmalara uyğun qurub: “Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarından biri kimi respublikada əmək resurslarının məşğulluq imkanlarının artması şəraitində ölkəmizin əmək bazarında qadınların da iştirak səviyyəsi artmaqda davam edir. 2003-cü ilə nisbətən respublikamızda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq cari ilin əvvəlinə 2 348 400 nəfərə çatıb”.
S.Müslümov əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına əsasən, hətta bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edir: “Buna misal olaraq, əmək müqavilələrinin 40-44 yaşlarında olan şəxslər üzrə 50,8 %-i, 45-49 yaşlarında olan şəxslər üzrə 54,4 %-i, 50-54 yaşlarında olan şəxslər üzrə isə 53,5 %-i qadınlarla bağlanıb”.



İşləyən qadınların nəzərinə- Məhdudiyyət qoyulacaq
Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
Nazirdən maaş və pensiyalarla bağlı - Müjdə
Nazirlikdən pensiyaçılarla bağlı AÇIQLAMA
Pensiyaçıların sayı açıqlandı
Əmək kitabçası ləğv oluna bilər?
28 APREL – ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜDÜR
Sahil Babayev iranlı nazirlə görüşdü
İlham Əliyev fərman imzaladı
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür
Qadınların pensiya yaşı azaldılır? - Rəsmi cavab
Azərbaycanda əmək kitabçalarına ehtiyac qalmayacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 