“2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri, sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır”.
ONN media xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, 2019-cu ilin büdcəsinə diqqət etdikdə demoqrafik vəziyyətə toxunmamaq mümkün deyil: “Azərbaycanda demoqrafik göstəricilərimiz çox yüksəkdir. Əhalimiz cavandır. 15-64 yaş arasında olan əhalinin sayı 71 faiz, 71 yaşdan yuxarı olanların sayı isə təxminən 6.3 faiz təşkil edir. Bilirsiniz ki, Avropada 65 yaşdan yuxarı olanların sayı daha yüksəkdir. Bizim əhalimizin tərkibində əmək qabiliyyətli olanların sayının çox olması mühüm sayılır. Əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı çox olduqda, o zaman pensiya sisteminin dayanıqlığı daha yaxşı olar. Çünki sosial sığorta haqları bu insanlardan asılıdır. Gələn il əmək qabiliyyətli əhalinin 5 milyona çatacağı proqnozlaşdırılır. 2019-cu ildə əhalinin gəlirləri 9 faiz artacaq. Növbəti ildə orta aylıq əmək haqqı 5,7 faiz artaraq 642 manata çatacaq. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olnur. Çünki pensiya yaşının artması buna təsir edib”.



Prezidentin aylıq təqaüdünü alanların sayı AÇIQLANDI
Pensiyanın məbləği artırılacaq- DİQQƏT
Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı - RƏSMİ
Pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir
Milli Məclisdə İNANILMAZ TƏKLİF: "... 500 MANAT VERİLSİN"
Azərbaycanda ad günlərini 4 ildən bir qeyd edənlər...
Müavinət və təqaüd alanların nəzərinə!
Müavinət və təqaüd alanların nəzərinə!
Əhalinin sayı bu ildə 10 milyonu ötəcək
Azərbaycanda nə qədər pensiyaçı var?
Pensiyalarla bağlı xəbər var
MDB-də birinci yerdəyik - Nazir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 