Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı məqaləsi bu ölkənin geniş oxucu kütləsinə malik “Asiyaelyoum” xəbərlər agentliyinin saytında, “Əl-Omah”, “Shababalnil” və “Youm7” qəzetlərində dərc edilib.
Məqalələrdə Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən, 1918-ci ilin mart ayında Bakıda və digər şəhərlərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından, İslam abidələrinin yandırılmasından, şəhərlərin viran qoyulmasından bəhs edilir. Erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, genişmiqyaslı qətllər və digər vəhşiliklər barədə faktlar diqqətə çatdırılır.
Səfir 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiyanın təsis edildiyi, 1918-ci ilin mart ayında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-cu və 1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü qeyd olunduğu barədə məlumat verir.
Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin həlli istiqamətində sülh danışıqlarının müsbət nəticə vermədiyi vurğulanır. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi kimi Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələri yerinə yetirməməsi göstərilir.



Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Sabah Milli Məclisin xüsusi iclası keçiriləcək
Mehriban Əliyevadan Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım
31 mart Soyrımının ildönümü Avropanın bir sıra ölkələrində qeyd edilib
"...31 MART ANIM GÜNÜ YADDAŞLARDAN SİLİNDİ" - TARİXÇİ ALİM
XİN azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yaydı
XİN bəyanat yaydı
Bu, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir - Mehriban Əliyeva
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi
31 mart Azərbaycanlıların SOYQIRIMI GÜNÜDÜR
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 