Azərbaycanda mənzil probleminin həlli istiqamətində vətəndaşlara adi, güzəştli və kommersiya ipoteka kreditləri təklif olunur.
ONN media-nın məlumatına görə, adi və güzəştli ipoteka kreditləri İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim edilir. Kommersiya ipoteka kreditləri isə müxtəlif banklar vasitəsilə vətəndaşlara təklif olunur.
Adi ipoteka kreditləri ipoteka istiqrazlarının yerləşdirilməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir. Güzəştli ipoteka kreditləri isə dövlət büdcəsi hesabına həyata keçirilən sosialyönümlü layihədir.
2025-ci ildə güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 95,6 milyon manat vəsait ayrılıb. Bu da mənzil probleminin həllində güzəştli ipoteka mexanizminin xüsusi əhəmiyyət daşıdığını göstərir.
Fond tərəfindən ötən dövr ərzində vətəndaşlara ümumilikdə 3,6 milyard manat həcmində ipoteka krediti təqdim olunub. Bununla belə, kredit şərtlərinin daha da yüngülləşdirilməsi və təkmilləşdirilməsi əsas prioritet məsələlərdən biri olaraq qalır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, təkliflərdən biri adi və güzəştli ipoteka kreditləri üzrə faiz dərəcələrinin azaldılması ilə bağlıdır:
"Hazırda adi ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi 8 faiz təşkil edir. Hesab olunur ki, bu göstəricinin ən azı 7 faizə endirilməsi mümkündür. Belə bir dəyişiklik vətəndaşların aylıq kredit ödənişlərinin azalmasına və onların maliyyə yükünün yüngülləşməsinə səbəb ola bilər.
Güzəştli ipoteka kreditləri üzrə faiz dərəcəsi hazırda 4 faizdir. Bu kreditlər dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün həmin faizlərin də yenidən nəzərdən keçirilməsi və daha aşağı səviyyəyə endirilməsi məqsədəuyğun hesab olunur.
Digər mühüm məsələ isə ipoteka kreditləri üzrə maksimal məbləğin artırılmasıdır. Hazırda adi ipoteka kreditlərində maksimal məbləğ 150 min manat, güzəştli ipoteka kreditlərində isə 100 min manatdır. Son illərdə mənzil bazarında qiymət artımının müşahidə edildiyi nəzərə alınarsa, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğin 100 min manatdan 150 min manata qaldırılması daha məqsədəuyğun görünür.
Bu dəyişiklik vətəndaşların güzəştli ipoteka imkanlarından daha səmərəli istifadə etməsinə, xüsusilə də mənzil problemini həll etmək istəyən ailələrin daha uyğun şərtlərlə ev sahibi olmasına əlavə imkan yarada bilər".



Ev almaq istəyənlərə şad xəbər
Güzəştli ipoteka krediti ilə bağlı şad xəbər
Ev almaq istəyənlərə şad xəbər: 100 milyon ayrıldı
İpoteka kreditlərinə tələb niyə azalıb? – Rəsmi
Verilən ipoteka kreditlərinin məbləği acıqlandı
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
İpoteka ilə ev almaq istəyənlərə şad xəbər
İpoteka faizləri aşağı salınmalı və şərtlər yumşaldılmalıdır - Deputatdan TƏKLİF
Müəllim və həkimlərlə bağlı UNİKAL TƏKLİF
Kimlərə ipoteka kreditlərində güzəşt olacaq?
İpoteka kreditləri ilə bağlı YENİLİK
Kömür mədəni uçdu- ÖLƏNLƏR VAR
İrana yeni səfir təyin olundu
Bakının mərkəzində yol çökdü
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Neftimizin qiyməti 95 dollara düşüb
Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi
Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq
Xəzər dənizində zəlzələ oldu
Həkimdən günəş yanığı ilə bağlı xəbərdarlıq
Bakıda taksi xidməti kəskin bahalaşdı
Formula 1 üçün nə qədər vəsait ayrılıb?
Sabahın havası açıqlandı
Bərdədə hərbiçimiz faciəvi şəkildə həlak oldu 