Bu gün Milli Məclisdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva təkliflərlə çıxış edib.
ONN media axar.az-a istinadən bildirir ki,uşaqların zərərli informasiyalara, əsasən, internet resurslarında məruz qaldığını bildirən millət vəkili onların bu resurslarda zərərli informasiyadan qorunması üçün ciddi addımların atılmasının və bunun qanunda öz əksini tapmasının vacibliyini vurğulayıb. Bir çox valideyn və müəllimin çağırış və təkliflərini səsləndirdiyini dilə gətirən millət vəkili bildirib ki, bu gün məktəblərimizin ətrafı demək olar ki, internet-kafelərlə sarılıdır və həmin məkanlarda uşaqların zərərli məlumatlardan qorunması üçün heç bir şərait yoxdur:
"Valideyn uşağını məktəbə yola salır, amma onun dərsarası fasilədə nə ilə məşğul olduğuna və ya evə bir neçə dəqiqə gec gəlməsinə ciddi nəzarət edə bilmir. Məktəbin düz yanında internet-kafelər olduğu üçün uşaqlar bəzən bir dəqiqə ərzində ora gedə bilir və onun baxması üçün yasaq olan hər şeyə baxa bilir. İnternet-kafelərimizdə filtrasiya və kamera-nəzarət sistemi pis vəziyyətdir. Ona görə də uşaqların bu cür yerlərdə onun üçün zərərli məlumatlardan, görüntülərdən, film və verilişlərdən qorunması üçün ciddi mexanizmlər də bu qanunun 2-ci oxunuşda müzakirəyə çıxarılan zaman nəzərə alınmalıdır".
Qənirə Paşayeva qanunda televiziya, radio kanallarının üzərinə düşən məsuliyyətlə bağlı maddələri tam dəstəklədiyini deyərək bildirib ki, çox təəssüf ki, uşaqlar bəzi hallarda televiziyalardan da zərərli informasiyalar alırlar və onların qorunması üçün qanunda nəzərdə tutulan maddələrin həyata keçməsinə ciddi nəzarət mexanizmləri olmalıdır:
"Çox təəssüf ki, bəzi əyləncə verilişlərində uşaqlarımız söyüş, jarqonlar eşidirlər. Bunlara da son qoyulmalıdır".
Millət vəkili uşaqlarla bağlı, onların dünyagörüşünün zənginləşməsinə, tərbiyəsinə, maariflənməsinə, səviyyəli şəkildə əylənməsinə xidmət edən verilişlərin artmasının da qanunda əksini tapmasını istəyib. O bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması yolları ilə bağlı təhsil müəssisələrində uşaqların geniş maarifləndirməsinə böyük ehtiyac olduğu qədər, televiziya, radio kanallarında, bir sözlə, bütün media qurumlarında buna yer ayrılmalıdır və bu, qanunda əksini tapmalıdır.



Aqil Abbasdan SƏRT İFADƏLƏR: Dərsliklərdə ləhcə var...
Qənirə Paşayeva qadınlara qarşı zorakılıqla bağlı Milli Məclisdə ÇAĞIRIŞ ETDİ – VİDEO
Bu televiziya kanallarına xəbərdarlıq olundu
Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb
Qənirə Paşayeva vəfat etdi
Türkiyə bayrağını cıran yunan millət vəkili CƏZALANDIRILDI
Hicran Hüseynova deputatları onlayn iclasa topladı
Deputat ön cəbhə kəndlərində
Millət vəkili bu vergiyə qarşı çıxdı
Qənirə Paşayeva komaya düşdü
Azərbaycanda bu telekanallara xəbərdarlıq edildi
“Kirayədə yaşayan şəhid ailələri və qazilərin problem həll olunmalıdır" - DEPUTAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 