Gələcəkdə türkdilli ölkələr üçün vahid gömrük zonasının yaradılması məsələsinə baxıla bilər.
ONN media xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev deyib.
Səfir bildirib ki, Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olmasından sonra təkcə iqtisadiyyat deyil, təhsil, gənclər, idman və turizm sahələrində də bütün mümkün layihələrin reallaşdırılmasına imkan yaranacaq:
"Türkiyə Prezientinin Özbəkistana səfərindən sonra ölkə rəhbərliyi tərəfindən rəsmi Daşkəndin Türk Şurasının işində iştirakı barədə qərar qəbul olundu. Özbəkistanın Türk Şurasına üzv olması çox vacib hadisədir. Özbəkistan inkişaf dinamikası və əhalisinin sayına görə Şuranın işinə mühüm töhfə verəcək".
H.Quliyev qeyd edib ki, idxal rüsumu və kvota kimi ticarət maneələrinin azaldılması və tam aradan qaldırılması nəticəsində Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında beynəlxalq ticarətin həcmi arta bilər:
"Tariflərin azaldılması, öz növbəsində, Türk Şurasının təşəbbüsü ilə gömrük ittifaqının və ya azad ticarət zonasının yaradılması sayəsində, həmçinin praktikada geniş yayılmış beynəlxalq danışıqlar nəticəsində həyata keçirilə bilər".
Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2018-ci il aprelin 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları ilə bağlı bəyanatında ölkəsinin mənzil-qərargahı İstanbulda yerləşən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının işində iştirak etməyə başlayacağını bildirmişdi. Dövlət başçısı demişdi ki, Özbəkistan Bişkekdə Türk Şurasının növbəti iclasına qatılacaq.
Qeyd edək ki, müasir türk dövlətlərini birləşdirən Türk Şurası beynəlxalq təşkilatının əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Şura 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində yaradılıb.
Hazırda Şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.



Özbəkistan prezidenti Bakıya gəlir
Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev
Ölkə başçısı fərman imzaladı
XİN türkdilli ölkələri təbrik etdi
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Prezident Anlaşma Memorandumunu təsdiqlədi
XİN başçısı Bağdadla görüşdü
Türk Şurasının adı dəyişdirildi - Bundan sonra belə adlanacaq
TÜRKPA-nın da adı dəyişdirilir
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır
İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul etdi
"Türk Dünyası 2040 Vizyonu" təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 