Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyevi qəbul edib. Nazirlikdən ONN media -ya verilən məlumata görə, görüş zamanı Türk Şurasının baş katibi Bağdad Amreyev bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırlayaraq bu görüşün çox məhsuldar bir görüş olduğunu və maraqlı müzakirələr aparıldığını diqqətə çatdırıb. B.Amreyev Şuranın təsis olunmasının 10 illiyi münasibətilə növbəti zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq bu zirvə toplantısının Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Tərəflər zirvə görüşünə hazırlıqla bağlı geniş fikir mübadiləsi aparıblar. Daha sonra Baş katib Türk Şurasında iqtisadiyyat, ticarət, maliyyə və nəqliyyat sahələrində həyata keçirilən son islahatlar barədə məlumat vərərək bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını diqqətə çatdırıb. E.Məmmədyarov Azərbaycanın Türkdilli Şurasının fəaliyyətinə hər zaman olduğu kimi, gələcəkdə də töhfəsini davam etdirəcəyini söyləyib.
XİN başçısı Bağdadla görüşdü



İlham Əliyev Bağdad Amreyevlə görüşdü
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Bayramov Amreyevlə görüşdü
İlham Əliyev Amreyevlə görüşdü
İlham Əliyev Türk Şurasının Zirvə toplantısında çıxış etdi
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
Türk dünyasının birləşmiş dövləti yaradılır - Amreyev AÇIQLADI
Şuşa Bəyannaməsinin ardınca sürətli səfərlər: TŞ aktivləşir
Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev
Prezident Bağdad Amreyevi videoformatda qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 