Kənd Təsərrüfatı Nazirliyi məhsulların qiymət siyasətinin formalaşmasında iştirak etmir. Bununla yanaşı qeyd etməliyik ki, bu il qarpızın qiymətinin baha olmasının bir neçə səbəbi var.
ONN media xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov son günlər bazarda qarpızın qiymətinin baha olması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.
A.Hüseynov bildirib ki, qiymətlər tələb-təklif əsasında müəyyən edilir: “Son zamanlar sosial mediada bazarda qarpızın qiymətinin bahalaşması ciddi müzakirə olunmağa başlayıb. Bununla bağlı nazirliyə olan müraciətlərə, bizə ünvanlanan suallara cavab olaraq bildirmək istəyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi nəinki qarpızın, ümumiyyətlə heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib - becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir”.
Nazirlik rəsmisi bahalaşmanın səbəblərinə də aydınlıq gətirib: “Qarpızın bahalaşmasının bir neçə səbəb var. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər. Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha, ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki fermerlər özləridir. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur – daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s. Bu problemlər məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur. Amma bir daha qeyd etmək istəyirəm ki, qarpızın və digər kənd təsərrüfatı məhsullarının qiymətinin formalaşmasında Kənd Təsərrüfatı Nazirliyi heç bir formada iştirak etmir”.



Mövsümündə satılmayan qarpızın zərəri nədir?
Qarpız ucuzlaşdı
Azərbaycanda quzu əti bahalaşdı
Azərbaycanda qarpız niyə bahalaşıb?
Nazir müavini bahalaşmadan danışdı
Bu məhsulların qiyməti 4-5 dəfə ucuzlaşdı
Qarpız alarkən nələrə diqqət edilməlidir?
İlin-günün bu vaxtında meyvə-tərəvəzin qiyməti NİYƏ BAHADIR?
Sınaq imtahanları ilə bağlı daha bir açıqlama
Qarpızın az bilinən 6 FAYDASI
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nə yeni TƏYİNAT
Qarpız bazarlarda niyə ucuzlaşmır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 