Bazarlara qarpız çıxarılıb. Adətən iyulun ortalarında və avqustda yeməyə alışdığımız qarpızın indidən satışa çıxarılması onun təhlükəli ola bilməsi ilə bağlı tərəddüdlər yaradır.
ONN media xəbər verir ki bununla bağlı Qida Təhülkəsizliyi Agentliyi xəbərdarlıq yayıb.
Qurumdan bildirilib ki, iyun ayının sonlarında qarpızın satışa çıxarılması normal haldır. Sadəcə olaraq qarpız seçimi edərkən onun ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. Həmçinin qarpızın saplağının yaşıl olması da vacib amillərdən biridir. Bundan başqa, qarpızın üzərində sarı ləkələr də olmalıdır. Çünki yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə açıq sarıya çevrilir.
Satıcılar isə qarpız seçimini ənənəvi üsullara edirlər.
Satıcılar deyirlər ki, hazırda satışda olan qarpızlar istixana şəraitində yetişdirilib. Açıq havada yetişmiş qarpız isə bir həftə - on gün ərzində bazarlara çıxarılacaq.
Qiymətlər isə 40 qəpik-1 manat arasında dəyişir. Satıcılar havaların isti keçməsi ilə əlaqədar qarpıza tələbatın böyük olduğunu deyirlər.
Qida Təhülkəsizliyi Agentliyinin daha bir xəbərdarlığı isə qarpızın kəsilməsi ilə bağlıdır. Qurum qarpızın kəsilərək alınmasını tövsiyə etmir. Çünki qarpızı kəsən bıçaq sanitariya və gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Bu qaydaya isə bazar şəraitində satıcıların riayət etməsi müəyyən şübhələr yaradır.
[embed]https://www.youtube.com/watch?v=ebBX8LHREjI[/embed]



Qarpız alarkən nəyə diqqət etməli? – Ehtiyatlı olun!
Zəhərlənməmək üçün bunlara DİQQƏT edin!
Şirin qarpızı necə seçmək olar? - 7 MƏSLƏHƏT
Qarpız alarkən bunlara diqqət edin
Qarpız ucuzlaşdı
Qarpızın az bilinən 6 FAYDASI
Azərbaycanda qarpız niyə bahalaşıb?
Zəhərli qarpızı necə tanımaq olar?
Qarpız haqqında bilmədiyiniz 8 fakt
Qarpız bazarlarda niyə ucuzlaşmır?
Bir gündə nə qədər qarpız yemək olar?
Mövsümündə satılmayan qarpızın zərəri nədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 