"Gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün müvafiq tədbirlər görülməlidir. Son 10 ildə respublikanın daxili çaylarının eyni zamanda, transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə olunur"
ONN media xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, buzlaqlar üzərindəki çatların artması iqlim dəyişmələrinin əsas indikatorlarından biri olan buzlaqlarda gedən ərimə prosessinin intensivliyinin daha da sürətlənməsindən xəbər verir:
"Bu ilin avqust ayında buzlaqlar üzərində aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, buzlaqların sahəsi 2.4 kv.km-dir. Bununla yanaşı buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması müəyyən olunub. Bu da iqlim dəyişmələrinin əsas indikatorlarından biri olan buzlaqlarda gedən ərimə prosessinin intensivliyinin daha da sürətlənməsindən xəbər verir. Azərbaycanın ərazisində dağ buzlaqları Bazardüzü. Tufandağ, Şahdağ. Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşir. Qusarçayın hövzəsinin buzlaqları haqqında ilk məlumatlar 1890-cı ilə təsadüf edir. O zaman ümumi sahəsi 4,9 kv.km olan 8 buzlaq müəyyən edilib. 1960-cı ildə isə buzlaqların sahəsi 3,2 kv.km təşkil edib".
Asif Verdiyev çıxışı zamanı ölkə üzrə su ehtiyatlarının ümumilikdə azaldığına da diqqət yönəldib:
"Gələcəkdə ölkədə su qıtlığı ilə üzləşməmək üçün zəruri tədbirlərin görülməsi önəmlidir. Buzılaqların sahəsinin azalması ilə yanaşı həm də son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində respublikanın su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhəddinin qalxması müşahidə olunmaqdadır. Respublikanın daxili çaylarında və transsərhəd çaylarda ETSN-nin Milli Hidrometeorologiya Departamenti tərəfindən 103 hidroloji məntəqədə müşahidələr aparılır. Monitorinqlər çərçivəsində gün ərzində 2 dəfə suyun səviyyəsi, suyun sərfi və suyun temperaturu üzərində müşahidələr aparılır. Müşahidə nəticəsində əldə edilən məlumatların təhlili isə onu göstərir ki, son 10 ildə respublikanın daxili çaylarının, eyni zamanda transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə olunur".
A.Verdiyevin sözlərinə görə, aparılan təhlillər onu göstərir ki, son 10 ildə Kürün həm yuxarı, həm də aşağı hissəsində suyun səviyyəsində azalma baş verməkdədir:
"Bunun əsas səbəblərdən biri son illərdə dağlıq ərazilərə yağan qar ehtiyatının normadan aşağı olması, eləcə də düşən yağıntının azalmasıdır. Eyni zamanda, yay dövründə anomal temperatur artımı nəticəsində suyun səthində baş verən buxarlanmanın kəskin artması da buna səbəb ola bilir. Hazırda Kürün aşağı axınında suyun səviyyəsi keçən illə müqayisədə 20-30 sm aşağıdır. Respublikanın dağ çaylarında hazırda sululuq Böyük və Kiçik Qafqazın çaylarında ongünlük normaya yaxın və bir qədər azdır. Ən aşağı sululuq Naxçıvan MR və Lənkaran-Astara bölgəsinin çaylarında müşahidə olunur".



Tufandağ buzlağını tədqiq etmək üçün ekspediya təşkil edildi
Mayda hava niyə soyuq keçir? - Açıqlama
Bakıda temperatur iqlim normasından yuxarı olub
Hava kəskin dəyişəcək
Bakıda müşahidə olunan dumanın — SƏBƏBİ AÇIQLANDI
Çaylarda daşqın olacaq - ETSN
Alimlərdən ŞOK İDDİA: İqlim dəyişmələrinin səbəbi...
COP 29-da nə qədər adam qeydiyyatdan keçib?
Milli Parkda daha iki bala bəbir aşkarlandı
Yoluxma sayının artması... - Nazirlik AÇIQLADI
Azərbaycanda sürüşmələr aktivləşib- YENİ UÇQUN-SÜRÜŞMƏ SAHƏLƏRİ YARANIB
Daşqın və sellə bağlı xəbərdarlıq edildi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 