Respublikanın mühüm sürüşmə sahələrində vəziyyət açıqlanıb.
ONN media-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov apa-ya deyib ki, Astara rayonunda Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində sürüşmə sahələri aktivləşib.
Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 17- 19 km-liyində atmosfer çöküntülərinin təsirindən yol boyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi baş verib: “Lənkəran – Lerik yolunun 27-29-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Habelə, Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və töküntü prosesləri yaranıb. Lənkəran rayonunda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən aktivləşib və bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Masallı-Yardımlı yolunun 13-15, 7-16 – 24-26 kilometrliklərində də yamac boyu uçqun-töküntü və sürüşmə sahələri qeydə alınıb”.
Ekspedisiya rəisi bildirib ki, Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-dəki sürüşmə sahəsinin dinamikasında isə aktivlik müşahidə edilib: “Şabran rayonunda Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir. Siyəzən rayonunda Sədan sürüşmə sahəsi də aktivləşib. Eyni zamanda, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində aparılan müşahidələrə əsasən prosesin dinamikasında aktivlik qeydə alınıb”.
Ə.Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48-A məhəlləsi – sürüşmə sahəsi üzərində qeydə alınan çatların ölçülərində artım baş verib, sürüşmə sahəsində aktivlik müşahidə edilir və sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir: “Bundan başqa, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində ucqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb. Sürüşmə sahəsi üzərində olan çatların parametrləri artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və uçqun-töküntü hadisələri müşahidə olunub”.



Sürüşmələr aktivləşdi, yeni sürüşmə sahələri yarandı
Azərbaycanda yaşayış yerlərində yeni sürüşmə sahələri yaranıb
Nazirlikdən AÇIQLAMA: Sürüşmə sahələrində aktivlik var
İsmayıllıda torpaq sürüşməsi olub
Zəlzələ sürüşmə zonalarına təsir edib?- AÇIQLAMA
"Teleqüllə" ətrafında son vəziyyət necədir?
Sürüşmə zonasında son vəziyyət açıqlandı
Sürüşmə yenidən aktivləşib
Yağıntıların sürüşmə zonasına təsiri oldu?
Bu ərazilər TƏHLÜKƏLİDİR!
ETSN: Bakıda subasma sahələri aktivləşib
Bakının bu ərazilərində də sürüşmə aktivləşdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 