Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq sahələrinin təyinatı üzrə istifadəsi, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir.
ONN media Olaylar-a istinadla xəbər verir ki, Komitədən verilən məlumata görə, aparılan reyd nəticəsində 2 şəxs cərimələnib. Məlum olub ki, Xaçmaz rayon sakini Tərxan Laçınov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə olunub.
Analoji hadisə Qusar rayonunda da aşkar edilib. Belə ki, rayonun Küzunqışlaq kənd sakini Qurban Ağabalayev kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə edilib. Hər iki qanun pozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.
Belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin olunur. Təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilir. Qeyd edilməlidir ki, torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır.
Əmlak Məsələləri Dövlət Komitəsi gündəlik olaraq torpaqların istifadəsi və mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirəcək.



Əli Əsədov qərar imzaladı
Bakıda qeyri-qanuni tikintinin qarşısı alınd
“Araz” və “Rahat” market CƏZA ALDI
Narkotikin təsiri altında olan sürücü və sərnişini tutuldu
Onlar Azərbaycandan deportasiya edildi - Qanunsuz dini təbliğat...
Astarada şadlıq sarayının sahibi cərimələndi
Bakıda qanunsuz aparılan tikinti işləri dayandırıldı
Nazirlik reyd keçirdi - məsuliyyətə cəlb edilənlər var
Azərbaycanda bu rüsumlar ləğv olundu - QANUN
“Mənnur Tikinti” 20 min manat cərimələndi - SƏBƏB?
Bakıda qeyri-qanuni tikinti dayandırıldı
Astara sakinində qanunsuz odlu silah aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 