Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “Opel” makalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər.
Həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan Cəlilabad rayonunun Musalı kənd sakini Nasim Allahverdiyevin maşını sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən olunub. Polisin qanuni tələblərinə tabe olmayan sürücü və sərnişin, həmin avtomobilin sahibi, Cəlilabad rayonunun Ləkin kənd sakini Nemət İmanov tibbi müayinəyə dəvət ediliblər. Müayinə nəticəsində hər iki şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. N.Allahverdiyev və N.İmanov barəsində Cəlilabad RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.



Yük maşını ilə "avtoşluq" edən şəxs HƏBS EDİLDİ
Narkotik çəkib, maşın sürən şəxs həbs edildi
Bakıda tanınmış müğənni narkotikə görə tutuldu
Axtarışda olan şəxs Ələt-Astara yolunda ələ keçdi
Azərbaycanda DƏHŞƏT- Yol polisinə hücum olundu
Narkotik çəkib mikroavtobus sürən şəxs həbs edildi
Bakıda narkoman taksi sürücüsü tutuldu
İranla sərhəddə əməliyyat- Saxlanılan var
Avtoxuliqanlıq edən sərxoş sürücü YAXALANDI
Bakıda yol polisi sürücüyə atəş açdı
Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 