Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipində) yerləşdirilən məlumatların oxunmasına dair bəzi məsələlərə aydınlıq gətirib.
ONN media xəbər verir ki, idarədən bildirilib ki, cari il sentyabrın 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb və qanunvericiliyə əsasən onun əsas özəlliklərindən biri də həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatların elektron daşıyıcıda (çipdə) yerləşdirilməsidir.
Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar ötən aydan Daxili İşlər Nazirliyinin, eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilsə də, təəssüf ki, əksər istifadəçilər elektron şəxsiyyət vəsiqəsi məlumatlarının oxunması üçün zəruri tədbirlərin görülməsinə nədənsə təşəbbüs göstərmir, nəticədə onlara həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar.
Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi aidiyyəti orqanlara, o cümlədən mülkiyyət növündən, təyinatından və idarəetmə formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlara, bank-maliyyə qurumlarına, digər hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək onları yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) yerləşdirilmiş məlumatların oxunması, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır.
Bu məqsədlə hüquqi və fiziki şəxslər zəruri faylları Daxili İşlər Nazirliyinin (www.mia.gov.az) və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxuya və zərurət olduqda eksport edə bilərlər.



Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi də yeni nəsil şəxsiyyət vəsiqələri verəcək
Yeni şəxsiyyət vəsiqələrinin özəllikləri nədir?
İlham Əliyev şəxsiyyət vəsiqələri ilə bağlı qanunu imzaladı
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Bu həftə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq
Şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş şəxslərə ŞAD XƏBƏR
Yeni nəsil şəxsiyyət vəsiqələrində “Elektron imza” sertifikatları yerləşdirilib
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik
Yeni nəsil şəxsiyyət vəsiqələri bu tarixdə veriləcək
Yeni nəsil şəxsiyyət vəsiqələri gəlir
Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza nəvaxt aktivləşəcək?
Nazirdən şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş işsizlərə müraciət
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 