Noyabrın 15-dən Bakıdakı bütün ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsinə başlanılacaq.
ONN media xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
İdarədən qeyd edilib ki, ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il noyabrın 15-dən başlayır: "Cari ildə də təhsil müəssisələrinin istilik təminatına noyabr ayının 15-dən başlanılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə ilkin monitorinqlər aparılıb. Monitorinqlər zamanı bəzi təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər görülüb. İstilik sistemləri işə düşdükdən sonra əlavə olaraq hər hansı problem yaranarsa, səbəbi müəyyənləşdirilərək aradan qaldırılacaq".
"Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 137-si “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 167-si fərdi qazanxana vasitəsilə, 6-sı isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir", - cavabda qeyd edilib.



Bu il Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb
İlham Əliyev müəllimlərlə bağlı fərman imzaladı
Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
Bu gündən yeni dərs ili başlayır
Bu gün neçə tələbə dərsə başlayıb?
Məktəblərdə payız tətili başa çatır
Müəllimlərin maaşları ilə bağlı YENİLİK
Birinci sinifə şagird qəbulunun vaxtı açıqlandı
Valideynlərin nəzərinə: CƏMİ 6 GÜN QALDI
COP29 zamanı məktəblər bağlanacaq - Baş nazirdən QƏRAR
Bu gündən birinci sinfə qeydiyyat başlanılır
Təhsil müəssisələri üçün dövlət rüsumu müəyyən olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 