Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində nəqliyyatın normal axınına maneə yaradan halların aradan qaldırılması işlərinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən ONN media -ya verilən məlumata görə, hazırlanan layihəyə əsasən, Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi soladönmə zolağı təşkil ediləcək və sola dönən nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Bununla yanaşı, Təbriz küçəsində piyada keçidinin təşkili də nəzərdə tutulub.
Layihənin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadaların rahatlığının təmin edilməsi mümkün olacaq.
Xatırladaq ki, Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.
[embed]https://www.youtube.com/watch?v=8E4LUENNAWg[/embed]



Bakıda bu marşrutların istiqamati dəyişdiriləcək
Cavanşir körpüsü SÖKÜLÜR - Bu tarixdən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi
Bu ərazidə nəqliyyatın hərəkəti yaxşılaşdırılır
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
Bakıda bu yol bağlandı - SƏBƏB?
Bakıda daha bir yol kəsişməsinə sarı torlar çəkildi
Bu küçəyə maneələr və nəqliyyat güzgüsü qoyuldu
5 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
DİN bu şəxslərə xəbərdarlıq etdi
Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə maşınların hərəkətinə məhdudiyyət qoyulub
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 