ONN İnformasiya Agentliyi

Avqustun 17-də metro fəaliyyətini bərpa edəcəkmi? – “Hazırlıq işləri görülür” – AÇIQLAMA

Avqustun 17-də metro fəaliyyətini bərpa edəcəkmi? – “Hazırlıq işləri görülür” – AÇIQLAMA
10 Avqust 2020 - 13:52

Avqustun 9-da 87 nəfər koronavirusa yoluxub, 308-i isə sağalıb. Yoluxanların sayı bu cür azalma dinamikası ilə davam edərsə avqustun 17-dən sonra metro fəaliyyətini bərpa edə bilərmi?

ONN media  bildirir ki, bununla bağlı konkret.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələ ki, bu barədə Operativ Qərargah tərəfindən heç bir qərar verilməyib: “Köhnə qayda ilə metronun infrastrukturun sağlam şəkildə qorunması gündəlik iclaslarımızın təməlidir. Tərəfimizdən hazırlıq işləri görülür ki, qərar verilən zaman metro açılmağa hazır olsun. Bu epidemioloji vəziyyətlə bağlıdır deyə bizim orada əlavə müdaxilə imkanımız yoxdur. Nəqliyyatla bağlı bütün məsələlərdə bizim fikrimiz öyrənilir. Amma bütün bunların kökündə epidemioloji vəziyyət dayanır. Onu da mütəxəssislər bilir. Biz daim Operativ Qərargahla sıx işləyirik. Qərar verilən kimi ictimaiyyətə də məlumat veriləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png