ONN İnformasiya Agentliyi

Azərbaycanda istilik qiymətləri artırılır? – RƏSMİ

Azərbaycanda istilik qiymətləri artırılır? – RƏSMİ
14 Noyabr 2019 - 12:33

Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır və bu da onun sosial əhəmiyyəti ilə bağlıdır.

ONN media xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, həmin zərər müəyyən formada aradan qaldırılır. Qeyd edib ki, hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz: “Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük”.

Mirzəliyev istilik tariflərinin artırılması ilə bağlı məsələyə də münasibət bildirərkən deyib ki, hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək: “Biz bu barədə heç bir aidiyyəti quruma müraciət etməmişik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png